PeşəFest 2026 — Peşə öyrən, gələcəyini qur!
Peşə öyrən,
gələcəyini qur!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın 12 bölgəsini əhatə edən peşə festivalı.
Burada müxtəlif peşələri kəşf edə bilərsən.

Peşələri yaxından tanı, seçimini daha məlumatlı et.
PeşəFest Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə festivalıdır.
Festival 11 iqtisadi rayonda 12 məkanı əhatə edir və əmək bazarında aktual olan 11 peşəni praktiki və interaktiv formatda təqdim edir. İştirakçılar peşələrin iş prosesini əyani görür, müxtəlif fəaliyyətlərdə özlərini sınayır və peşəkarlarla birbaşa ünsiyyət quraraq peşələr haqqında daha dolğun təsəvvür əldə edirlər.
- region
- 12region
- peşə
- 11peşə
- iqtisadi rayon
- 11iqtisadi rayon
PeşəFest-də səni nə gözləyir?
PeşəFest-də peşələri yaxından tanıya, praktiki fəaliyyətlərdə iştirak edə və peşəkarlarla birbaşa ünsiyyət qura bilərsən.
Peşələrin praktiki nümayişi
Peşələrin iş prosesi və istifadə olunan avadanlıqlar əyani şəkildə nümayiş olunur.
Peşəkarlarla görüşlər
Peşə sahibləri ilə birbaşa ünsiyyət quraraq peşə, tələb olunan bilik və bacarıqlar, təhsil və karyera imkanları haqqında məlumat ala bilərsən.
İnteraktiv fəaliyyətlər
Peşələrlə bağlı praktiki fəaliyyətlərdə iştirak edərək iş prosesini yaxından təcrübə edə bilərsən.
Yaradıcılıq fəaliyyətləri
Yaradıcılıq, incəsənət və əl bacarıqlarına əsaslanan müxtəlif fəaliyyətlərlə tanış ola bilərsən.
Maarifləndirici təqdimatlar
Peşə seçimi və karyera planlaması ilə bağlı təqdimatlardan faydalı məlumatlar əldə edə bilərsən.
Peşəyönümü məsləhət xidməti
Karyera seçimi ilə bağlı mütəxəssislərdən məlumat və istiqamətləndirmə ala bilərsən.
Viktorina və müsabiqələr
Müxtəlif viktorina və müsabiqələrdə iştirak edərək bilik və bacarıqlarını sınaya bilərsən.
Səhnə və əyləncə proqramı
Peşə təqdimatlarını, səhnə çıxışlarını və gənclər üçün nəzərdə tutulan əyləncəli proqramları izləyə bilərsən.
Regionunu seç, PeşəFest-ə qonaq ol.
Məlumat üçün kliklə.
PeşəFest-in Azərbaycan səyahəti
- 01
- 02
- 03
- 04
- 05
- 06
- 07
- 08
- 09
- 10
- 11
- 12
PeşəFest kimlər üçündür?
- Şagirdlər
- Tələbələr
- İşaxtaranlar
- Valideynlər
- Peşəsini kəşf etmək istəyən hər kəs
Festivalın məqsədi
PeşəFest-in əsas məqsədi iştirakçıların peşələr haqqında məlumatlılığını artırmaq, peşə seçiminə daha məlumatlı yanaşmanı təşviq etmək və peşəyönümü imkanlarını daha əlçatan etməkdir.
- 01Əmək bazarında aktual olan peşələr haqqında məlumatlılığı artırmaq.
- 02Peşələri praktiki və interaktiv formada tanımaq imkanı yaratmaq.
- 03Məlumatlı peşə seçimini dəstəkləmək.
- 04Peşəyönümü xidmətləri və karyera imkanları haqqında məlumatlılığı artırmaq.
Sualın var?Bizə yaz.
Komandamız tezliklə səninlə əlaqə saxlayacaq.
- dma@sosial.gov.az
- +994123717576
- Bakı şəhəri, Azərbaycan
