PeşəFest
PeşəFest 2026

Tez-tez verilən suallar

  • PeşəFest Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən, müxtəlif peşələrin tanıdılmasına və peşəyönümü xidmətlərinin təşviqinə yönəlmiş festivaldır.

    Festival iştirakçılara əmək bazarında aktual olan müxtəlif peşələri yaxından tanımaq, peşəkarlarla ünsiyyət qurmaq və bir sıra peşələri interaktiv fəaliyyətlər vasitəsilə sınaqdan keçirmək imkanı yaradır.

  • PeşəFest-in əsas məqsədi vətəndaşların, xüsusilə şagirdlərin, tələbələrin, işaxtaran və işsiz şəxslərin, eləcə də valideynlərin əmək bazarında aktual olan peşələr haqqında məlumatlılığını artırmaq, peşələrə marağı interaktiv formada təşviq etmək və daha məlumatlı karyera seçimlərinə dəstək göstərməkdir.

  • Festival hər kəs üçün açıqdır. Festival xüsusilə aşağıdakı şəxslər üçün faydalı ola bilər:

    • məktəblilər və gələcək peşəsini seçməyə hazırlaşan gənclər;
    • tələbələr;
    • işaxtaran və işsiz şəxslər;
    • yeni peşə öyrənmək və ya fəaliyyət istiqamətini dəyişmək istəyən şəxslər;
    • övladının gələcək peşə seçiminə dəstək olmaq istəyən valideynlər;
    • müxtəlif peşələr və əmək bazarı haqqında məlumat əldə etmək istəyən hər kəs.
  • Xeyr. PeşəFest-də iştirak üçün xüsusi yaş məhdudiyyəti yoxdur. Festivalın əsas hədəf qrupları sırasında şagirdlər, tələbələr və gənclər yer alsa da, peşələrlə maraqlanan hər kəs tədbirə qatıla bilər.

  • Xeyr. PeşəFest-də iştirak ödənişsizdir.

  • Festivalda iştirak üçün əvvəlcədən qeydiyyat tələb olunmur. İştirakçılar PeşəFest-in keçirildiyi tarixdə tədbir məkanına yaxınlaşaraq festivala qoşula bilərlər.

  • PeşəFest 2026 müxtəlif iqtisadi rayonları əhatə etməklə 12 məkan üzrə keçiriləcək:

    • Sumqayıt şəhəri — 18 sentyabr 2026
    • Quba rayonu — 22 sentyabr 2026
    • Qax rayonu — 25 sentyabr 2026
    • Mingəçevir şəhəri — 28 sentyabr 2026
    • Gəncə şəhəri — 30 sentyabr 2026
    • Qazax rayonu — 2 oktyabr 2026
    • Bərdə rayonu — 5 oktyabr 2026
    • Saatlı rayonu — 7 oktyabr 2026
    • Masallı rayonu — 9 oktyabr 2026
    • Naxçıvan şəhəri — 13 oktyabr 2026
    • Ordubad rayonu — 15 oktyabr 2026
    • Bakı şəhəri — 22 oktyabr 2026

    Tədbir məkanı və proqramla bağlı ətraflı məlumat üçün PeşəFest-in rəsmi internet səhifəsini izləyə bilərsiniz.

  • Festivalda müxtəlif istiqamətləri əhatə edən müasir və aktual peşələr təqdim olunur:

    • Geyim üzrə dizayner
    • Tibb bacısı / Tibb qardaşı
    • Bərbər
    • Dənizçi
    • Əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis
    • Barista
    • Uçuş mühəndisi
    • UI/UX dizayner
    • Silah mühəndisi
    • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi
    • Kibertəhlükəsizlik mütəxəssisi
  • PeşəFest yalnız məlumatlandırıcı tədbir deyil. Festivalın əsas xüsusiyyətlərindən biri peşələrin interaktiv formada təqdim edilməsidir.

    Peşədən və stenddə nəzərdə tutulan fəaliyyətdən asılı olaraq iştirakçılar müəyyən iş proseslərini yaxından izləyə, praktik tapşırıqlarda iştirak edə və peşəni daha yaxından tanıya bilərlər.

  • PeşəFest iştirakçılara müxtəlif peşələri yaxından tanımaqla yanaşı, öyrənmə və əyləncəni bir araya gətirən zəngin proqram təqdim edir.

    Festival çərçivəsində:

    • müxtəlif peşələrin xüsusi stendlərdə əyani və praktiki təqdimatı;
    • peşəkarlarla birbaşa ünsiyyət və sual-cavab imkanları;
    • iştirakçıların öz bacarıqlarını sınaya biləcəyi praktiki və interaktiv fəaliyyətlər;
    • yaradıcılıq, incəsənət və əl bacarıqlarına əsaslanan müxtəlif fəaliyyətlər;
    • uşaqlar və gənclər üçün əyləncəli və yaradıcı proqramlar;
    • viktorinalar, müsabiqələr, hədiyyələr və sürprizlər;
    • maarifləndirici təqdimatlar və karyera istiqamətləndirilməsi;
    • səhnə proqramları və müxtəlif əyləncəli çıxışlar nəzərdə tutulur.

    Festival proqramında təqdim olunan fəaliyyətlər tədbirin keçirildiyi məkana uyğun olaraq fərqlənə bilər.

  • Bəli. Festivalın əsas imkanlarından biri müxtəlif sahələrdə çalışan peşəkarlarla birbaşa ünsiyyət qurmaqdır.

    İştirakçılar maraqlandıqları peşənin gündəlik iş prosesi, tələb etdiyi bilik və bacarıqlar, həmin sahədə təhsil və inkişaf yolları, eləcə də karyera imkanları ilə bağlı suallarını peşə sahiblərinə ünvanlaya bilərlər.

  • Festival müxtəlif peşələri yalnız nəzəri məlumat əsasında deyil, daha yaxından və praktik formada tanımağa imkan verir.

    Bu təcrübə sizə:

    • maraq göstərdiyiniz peşənin sizə uyğun olub-olmadığını daha yaxşı anlamağa;
    • peşənin real iş mühiti haqqında təsəvvür formalaşdırmağa;
    • həmin sahə üçün tələb olunan bilik və bacarıqları öyrənməyə;
    • təhsil və inkişaf imkanları haqqında məlumat əldə etməyə;
    • gələcək karyera seçiminizi daha məlumatlı şəkildə etməyə kömək edə bilər.
  • PeşəFest-in əsas məqsədi birbaşa işə qəbul və ya təcrübə proqramlarına yerləşdirmə deyil. Festival ilk növbədə peşələrin tanıdılması, peşəyönümü və karyera seçimlərinə dəstək məqsədi daşıyır.

    Bununla yanaşı, iştirakçılar Dövlət Məşğulluq Agentliyinin müvafiq xidmətləri haqqında məlumat əldə edə və iş axtarışı, CV hazırlanması, müsahibəyə hazırlıq və digər karyera mövzuları ilə bağlı istiqamətləndirmə ala bilərlər.

  • Festivaldan maksimum faydalanmaq üçün əvvəlcədən sizi maraqlandıran peşələrə nəzər sala və həmin peşələrlə bağlı suallarınızı müəyyənləşdirə bilərsiniz.

    Məsələn, peşəkar mütəxəssislərdən “Bu peşəyə necə başlamaq olar?”, “Hansı bacarıqlar daha vacibdir?”, “Harada təhsil almaq mümkündür?” və “Bu sahədə gələcək karyera imkanları nələrdir?” kimi suallar soruşa bilərsiniz.

  • PeşəFest 2026-nın keçirilmə tarixləri, regionlar, təqdim olunan peşələr və digər yeniliklər barədə aktual məlumatları festivalın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.