PeşəFest
Bütün tədbirlər
03KeçirilibTədbir artıq keçirilib.

Şəki-Zaqatala

PeşəFest Qax rayonu

Tarix
25 Sentyabr 2026
Saat
12:00 — 16:00
Məkan
Qax Rayon Bələdiyyəsinin yanı
Şəhər
Qax rayonu, Azərbaycan

PeşəFest müxtəlif peşələri yaxından tanımağa, praktiki fəaliyyətlərdə iştirak etməyə və peşəkarlarla birbaşa ünsiyyət qurmağa imkan yaradır.

11874
İştirakçı
11
Peşə sahəsi

Tədbirdən vurğular

Növbəti “PeşəFest” Qaxda keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Qax rayonunda baş tutub.​

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.​

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elvin Paşayev, millət vəkili Əli Məsimli, DMA-nın İdarə Heyəti sədrinin müavinləri Elşən Mahmudov və Eşqin Bayramov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı E.Paşayev “PeşəFest”in gənclərin müxtəlif peşə istiqamətləri ilə yaxından tanış olmalarına və əmək bazarında tələb olunan bacarıqlar barədə məlumat əldə etmələrinə imkan yaratdığını qeyd edib. O, bu cür layihələrin gənclərin peşəkar inkişafına və gələcək məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verdiyini bildirib.

DMA-nın İdarə Heyətinin sədr müavini E.Mahmudov əmək bazarının yeni çağırışlarına uyğun bacarıqların formalaşdırılmasının gənclərin gələcək məşğulluğunda mühüm rol oynadığını qeyd edib. O, “PeşəFest”in də bu məqsədə xidmət etdiyini bildirib və bu festivalın gənclərin karyera ilə bağlı dolğun təsəvvür formalaşdırdığını vurğulayıb.

Milli Məclisin deputatı Əli Məsimli çıxışında “PeşəFest”in gənclərin peşə dünyası ilə yaxından tanış olmalarına, əmək bazarında mövcud imkanlar barədə ətraflı məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaratdığını qeyd edib. Millət vəkili belə təşəbbüslərin xüsusilə də regionlarda həyata keçirilməsini yüksək qiymətləndirib.​

Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.​

Foto qalereya